RU
Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar - FOTO/VİDEO
14:40
134

Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar - FOTO/VİDEO

Bakıda dünən gecə saatlarında bir qrup yeniyetmə yol kənarına yerləşdirilən bollardlara ziyan vurub.

 

Xuliqanlıq haqqında baku.ws-in "qaynar xətti”nə məlumat daxil olub.

Yerli sakinlər bildirib ki, Nəsimi rayonu, Əlövsət Quliyev 92-96 küçələrində 60-dan çox bollardın qapaqları yeniyetmələr tərəfindən qopardılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev baku.ws-ə bildirib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb: "Şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ