On beş gündür ki ilk dəfə valideynlərsiz, doğma evlərindən uzaqdadırlar. Tələbə adını qazanaraq ali məktəbə daxil olan 1 ci kurs tələbələri artıq müstəqil yaşayırlar. "Xəzər Xəbər” 1-ci kurs tələbələrinin gündəlik yaşam tərzi ilə maraqlanıb.
Yemək bişirir, evi yığışdırır, daha sonra dərslərini hazırlayır
Söhbət bu il 1-ci kurs tələbəsi kimi ilk dəfə Bakıya gələn İldirim Ağabəylidən gedir. Yardımlı rayon sakini İldırım Memarlq və İnşaat Universitetində Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alır. Tələbə yoldaşları ilə universitetin yataqxanasında qalır. O, rayonla müqayisədə Bakıda mühitin daha qaynar olduğunu və vaxtın sürətlə keçdiyini deyir.
Valideyinlərindən uzaq düşdüyünə görə onun qayğıları indi daha da artıb. Buna görə də, 1-ci semestrdən sonra dərsləri ilə bərabər işləməyi də düşünür. Hazırda gündəlik xərci 1,2, maksimum 5 manata çatır. Hər ay valideyinləriona xərclik pulu göndərirlər. Otaq yoldaşları ilə ortaq bazarlıq edirlər. Onlar ev işlərini də öz aralarında bölüşdürürlər.
İldirmin yanına dərsə hazırlaşmağa gələn tələbə yoldaşı Orxan isə Şəkinin Baş Göynük kəndindəndir. Orxan deyir ki, yol pulu xərcləməmək üçün yoldaşları ilə universitetin yanından kirayə ev tutublar.
Dərsdən qayıtdıqdan sonra tələbə yoldaşları ilə ev işlərini görüb dərslərini hazırlamağa başlayırlar.
İlk dəfədir ailələrindən uzaq qalan Orxan və İldirim onlar üçün darıxdığlarını deyirlər. Tətildə ilk işləri gedib valideyinlərinigörmək olacaq.(xezerxeber.az )

7News.Az