Tarixən ən güclü xalqlar, ordular düzgün siyasət apara bilməyən liderlərinə görə məğlubiyyətlə üz-üzə qalıblar. Bəzi güclü dövlətlər doğru idarə edilmədikləri üçün tarix səhnəsindən silinməyə məhkum olublar. Amma güclü liderlər isə hər kəs tərəfindən zəif bilinən xalqların gücünü dünyaya sübut etməyə nail olublar.
Heydər Əliyevinuğurlu siyasəti nəticəsində ağır itkilər verən, ağır dövrünüyaşayan bir xalq dirçəlməyə başladı. Heydər Əliyevin prezidentliyi dövründə bir çox sahədə uğurlu addımlaratılmışdır. Ölkəmiz həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf etmişdir. Təbii ehtiyatlarımızdan düzgün istifadə edilmişdir.Əlbətdəki, belə böyük uğurlara imza atmaq elə də asan məsələ deyildi. Belə uğurlu siyasət apara bilmək üçün həm bilikli, həm uzaqgörən, həm də vicdanlı olmaq lazım idi. Heydər Əliyevdə isə bunların hamısı kifayət qədər öz əksini tapmışdı.
Heydər Əliyevin hakimiyyəti xalq üçün böyük bir inkişaf mərhələsi idi. Heydər Əliyevhəm də vətən oğlu idi. O vətəninidərindən sevir, onun çətin anlarındaona bir övlad tək yanırdı.
Bir gün xalq üçün ağır xəbər gəldi. Heydər Əliyev müəyyən səbəblərə görə hakimiyyətdən getməli idi. Bəs xalq indi nə edəcəkdi?
1 oktyabr 2003‐cü ildə Heydər Əliyev çıxış edərək öz namizədliyini varisi İlham Əliyevin xeyrinə geri çəkdiyini bildirdi. O, xalqı özü kimi vicdanlıbir lider olacağınaəmin olduğu İlham Əliyevi dəstəkləməyə çağırdı.
Xalq əmin idi ki, onların dar günündə yanındaolan, onlara arxa çıxan, dayaqolan Heydər Əliyev öz xalqını əmin əllərə tapşırır. Odur ki, böyük bir kütlə İlham Əliyevəprezident seçkilərində səs verdi.
İlham Əliyev 15 oktyabr 2003‐cü ildə ilk dəfə prezident seçildi. O, prezident seçilməzdən əvvəl qarşısında nə qədər çətin bir yol durduğunu, necə məsuliyyətli bir işə başladığını çox yaxşı bilirdi. İlham Əliyev prezident seçilərkən qarşısındamühüm vəzifələr dayanırdı:o, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi
üçün çalışmalı, bütöv Azərbaycanı qorumalı, digər dövlətlərlə sülh şəraitində yaşamalı, eyni zamanda xalqın inamını qazanmalı idi. Amma o, bütün bunları nəzərə alaraqbu yola çıxmışdı və heç birçətinlik, heç bir problemonu bu yoldan döndərə bilməzdi.
İlham Əliyev qısa müddətdə xalqın sevgisini qazanmağa nail oldu. O, uzun illər həm qonşu olan, həm də qonşu olmayan dövlətlərlə sülh şəraitində yaşamağa nail oldu. İlham Əliyevin apardığı uğurlu siyasət ona dostlar da qazandırdı. Onun siyasəti, doğru addımları sayəsində Azərbaycan-Türkiyə qardaşlığı daha da inkişafetdi və özünü bütün dünyayasübut etdi. Əlbətdəki, onun bu yolda dəstəkləyənlərlə birlikdədəstəkləməyənlər, onun uğurlu siyasətinə kölgədüşürmək istəyənlər də oldu, amma, o əsla alicənablığını itirmədən özünün, xalqının nələrəqadir olduğunu bütün dünyaya sübut etdi.
Gərək təbii sərvətlərimizin düzgün istifadə edilməsində, gərək diplomatik əlaqələrin inkişafında, gərəksə də sülh siyasətində İlham Əliyev öz gücünü, biliyini,uzaqgörən siyasətinin dünyayasübutu idi.
İlham Əliyev öz çıxışları ilə daima xalqına dəstək olmuşdur. O, qaçqın təbəqənin daima yanında oldu, onları himayə etdi. Həm İlham Əliyev, həm ailəsi daima xalqın yanında olmuş, onların dərdlərini dinləmiş və öz dərdləri saymışlar. Onlar daima xalqa arxa olduqlarını bildirmiş, onlara hər sahədə kömək olmuş, həm maddi, həm də mənəvi dəstək olmuşdurlar.
Daima həm xalqı, həm də İlham Əliyevi maraqlandıran ən böyük məsələ Qarabağmünaqişəsi idi. İlham Əliyev qarşı tərəfi daima bu məsələni sülh yolu ilə həll etməyə çağırmış və bu məsələ ilə bağlı bir çox qurumları səsləmişdir. Ancaq, Ermənistan tərəfi daima sülh danışıqlarını yubandırmışdır. Bu məsələyə dünya dövlətləri qarışsada Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail ola bilməmişdirlər.
İlham Əliyevinvə ailəsinin səylərinəticəsində xalqımıza qarşı törədilən qırğınlar, günahsız, əliyalın insanların başına gətirilən faciələrdünyaya tanıdılmış və dünya dövlətlərini bu məsələyə biganə, səssiz qalmamağa səsləmişdirlər. Bu addımlar sayəsində Qarabağda, Xocalıda törədilən faciələrdünya ictimaiyyətinə çatdırılmışdır.
Xalqımız daima səbirlə yaşamış,doğma yurdlarına, Qarabağaqovuşacaqları günə olan inanclarını itirməmiş, o günün nə vaxtsa gələcəyinə dair ümid bəsləmiş və bu məsələnin sülh yolu ilə həll edilməsin istəmişdirlər.
Ermənistan tərəfi isə 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda, ən sonda isə 2020-ciilin sentyabrında sərhəd boyu hücuma keçmişlər. Və ən sonuncuaddımlarında isə İlham Əliyev adekvat cavab verməyi əmr etmiş ordumuz da bu əmri yerinə yetirmişdir. Uzun illərin həsrəti44 gündə İlham Əliyevin sərkərdəliyi, güclü siyasəti və ordumuzun igidliyi, cəsarəti nəticəsində bitmişdir. Bu 44 gün ərzindəİlham Əliyev demək olar ki, hər gün xalqa müraciət etmiş,onları qələbəyə ruhlandırmışdır. Xalq isə İlham Əliyevə olan inamını hər gün bir az daha artırmışdır. İlham Əliyev işğaldan azad olunan hər bir rayonumuzu özü xalqımıza böyükbir qürur və sevinclə xəbər vermiş və xalqımızın sevincinəortaq olmuşdur.
Müharibədən sonra İlham Əliyev Qarabağın abadlaşdırılması üçün göstərişlər vermiş,yeni yollar çəkdirmişdir. O, tez-tez işğaldan azad olunmuş bölgələrə getmiş və oradan xalqa müraciət etmişdir.
İlham Əliyevin uğurlu siyasəti sayəsində Qarabağ ona əsl layiq olanlara qovuşmuş
və tariximizə qızıl hərflərlə qələbətarixinin qeyd olunmasına nail olunmuşdur.
Bu gün hər kəs, digər dövlətlər bizim qələbəmizi danışırsa bu bizim hər sahədə çox inkişaf etdiyimizin ən bariz nümunəsidir. Biz bu günləriİlham Əliyevin uğurlusiyasəti və güvənərəkatdığı addımların sayəsində yaşayırıq.
İlham Əliyevin xalqına dəstək olmasının, uğurlu siyasətinin nəticəsidir ki, xalq olaraq onu sevir, daima arxasında durur və ardıcıl olaraq dəfələrlə prezident seçkilərində onu dəstəkləyir və özümüzə rəhbər seçirik.
Xalqın öz sərkərdəsini, öz rəhbərini, İlham Əliyevi sevmək üçün birdən çox səbəbi var.
Bakı Slavyan Universiteti
Məmmədova Elnarə








