RU
Bir yumruq zərbəsi ilə tanışını öldürən satıcı 11 il cəza ald
19:00
1042

Bir yumruq zərbəsi ilə tanışını öldürən satıcı 11 il cəza ald

Sözlə başlanan narazılıq çox keçmədən davaya çevrilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Əliyevin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu il aprelin 23-də “20 yanvar” metrostansiyasının yaxınlığındakı mağazanın qarşısında, orada satıcı işləyən Bəxtiyar Əliyev və tanışı Kənan Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Sözlə başlanan narazılıq çox keçmədən davaya çevrilib.

Bəxtiyar Əliyev Kənan Xəlilovun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub, nəticədə sonuncu yerə yıxılıb və təcili tibbi yardım işçiləri gələnədək, aldığı başın ağır dərəcəli xəsarətindən hadisə yerində dünyasını dəyişib. Daxil olan məlumat əsasında Bəxtiyar Əliyev Yasamal RPİ 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində B.Əliyev ittiham üzrə özünü təqsirli hesab edərək, сinayət əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ