RU
11:46
561

"Biri qapını açdı, o biri "pistolet"i mənə tuşlayıb atəş açdı..." - FOTOLAR

Dağıstanda "Platon sistemi"nə qarşı günlərdir tətil edən yerli sürücülərin girovuna çevrilmiş azərbaycanlı yükdaşıyanlar hələ də Yaraq-Qazmalar kəndi yaxınlığında gözləməkdədir.

7News.az xəbər verir ki, "Novaya qazeta" tətil edən dağıstanlı sürücülərin düşərgəsindən reportaj dərc edib və orada Azərbaycan dövlət nömrə nişanlı 50-dən çox TIR-ın hələ də tətilçilərin girovluğunda olduğu bildirilir.

Azərbaycanla sərhədin yaxınlığında yerləşən Yaraq-Qazmalar gömrük-keçid məntəqəsinin yaxınlığında isə sakitlikdir. Bir neçə gün əvvələ qədər orada Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar yol boyu düzülmüşdü. İndi onların bir qismi "Rosqvardiya"nın döyüşçülərinin müşaiyəti ilə Dağıstanda keçib. Qalanları isə yaxınlıqdakı dayanacağa çəkilib. Dağıstandakı vəziyyətlə bağlı Azərbaycandan Rusiyaya yük daşıyanlar sərhədi keçməyə risk etmir və yükdaşımalar faktiki olaraq dayanıb.

Dayanacaqda çay stolu arxasında oturub kədərli halda armudu stəkandan çay içən, vaxtlarını öldürən azərbaycanlı sürücülər deyirlər ki, Stavrapola və Budyonnıya apaan trasda, Xasavyurt yaxınlığında maşınların təkərlərini deşirlər. "Ona görə də biz Kalmıkiyadan keçib getməyə çalışırıq, Volqoqrad istiqamətində"-azərbaycanlı sürücülər deyir.

Reysə çıxmağa cəsarət edənlərdən xəbərləri sanki cəbhə xəbərləri kimi həyacanla gözləyirlər. Xəbər özünü çox gözlətmir: "İki maşın gəldi. Dərbənd yaxınlığında atəş açıblar, qabaq şüşələrini sındırıblar". Beş dəqiqə sonra dayanacağın yaxınlığında kimsə qışqırır, ardınca əsl nümayiş başlayır. Sürücülər azərbaycanca söyülər, jurnalisti görəndə rus dilində söyüşə keçirlər.

Məlum olur ki, Moskvadan Azərbaycana istiqamət alan DAF markalı iki Azərbaycan yük avtomobili 20 TIR-dan ibarət karvanın tərkibində Kalmıkiyadan keçib gəliblər. Dağıstanla Kalmıkiyanın sərhədində onları polis müşaiyət etməyə başlayıb, lakin Dərbəndə çatanda elə polislərin yanındaca maşınlara atəş açıblar, daşa basıblar. Maşınlardan birinin şüşəsi sürücü oturan tərəfdən kərpiclə qırılıb. İkincisinin isə şüşəsində güllə yeri var-travmatik "pistolet"dən atəş açıblar.

"Dərbəndin girişində məni şokalad rəngli maşın ötüb keçdi, içərisində iki nəfər var idi. Biri qapını açdı, o biri "pistolet"i mənə tuşlayıb atəş açdı", - yaşlı azərbaycanlı sürücü başına gələnləri danışır. Özünü "Əli" kimi təqdim edən sürücü deyir ki, vaxtında tormozlamasa güllə ona dəyəcəkdi. "Tormoz verdim, güllə ötüb şüşəyə dəydi. Ancaq yol boyu daşlar yağış kimi yağırdı. Allaha and olsun ki, bir də heç yana gedən deyiləm. "Pistolet"ə qarşı mən nə edə bilərəm axı?" -sürücü deyir.

 

Əli Rusiyadan Azərbaycana dondurulmuş balıq gətirir. Qəzet yazır ki, dağıstanlı "dalnoboyşik"lərin 90 faizindən çoxu özlərinə işləyir, yəni maşınlar onların özlərinə məxssusdur. Azərbaycanlı sürücülər isə ya hansısa şirkətlərdə maaşa işləyir, ya da ayrı-ayrı sahibkarların maşınlarını sürüb hər reysə görə nəsə məbləğ alırlar. Dağıstan üzərindən Azərbaycan maşınları ancaq polisin müşaiyəti ilə keçə bilir.

"Onlar nə vaxtsa etirazı dayandıracaqlar, biz tərəfə keçəcəklər. Əgər biz də başlasaq necə olacaq, yaxşı olmayacaq, el deyil?" - Nazim Axundov adlı sürücü bildirir. O, Azərbaycandan Rusiyaya pomidor aparır, ancaq günlərdir ilişib qalıb. Söhbətə Əli qarışır və deyir ki,  ona atəş açanda Yol Patrul Xidmətinin maşını heç saxlamadı. "Boş şeydir", - o, əlini yelləyir.

Nazim söhbətə davam edir: "Mən maaşa işləyirəm, onlar özlərinə işləyir. Onlar isə özlərinə. Reys edir, pulunu qoyur cibinə, istəsə iki ay evdə oturar. Mən isə işə çıxmasam maaş almayacam, ailəm, uşaqlarım nə yeyəcək?". Azərbaycanlı sürücü deyir ki, onun işlədiyi şirkətin rəhbəri Manasa, dağıstanlı sürücülərin başçılarına zəng edib, xahiş edib ki, Azərbaycan maşınlarını əngəlləməsinlər. "Onlar isə söyüblər, heç qulaq da asmayıblar. Bunları qoşunla dağıtmaq lazımdır".

Manasda dağıstanlı tətilçilərin düşərgəsi ilə üzbəüz "Rosqvardiya"nın avtomatlı əsgərləri dayanıb. Hələlik tərəflər qarşıdurmadan çəkinməyə çalışır, ancaq əsgərlərə döyüş patronları paylayıblar. Hazırda Dağıstanda 40 minə yaxın yük maşını sürücüsü tətil edir ki, bu da respublikanın yük avtoparkının 100 faiz dayanması deməkdir.//virtualaz.org

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ