RU
Birinci xanım ərəb nazirlə görüşdü
20:00
1197

Birinci xanım ərəb nazirlə görüşdü

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.

7news.Az xəbər verir ki, qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” kimi aktual mövzuya həsr edildiyini vurğuladı və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirdi. “Xalqınıza dərin hörmətimi çatdırıram”, - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb.

Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib.

Açar sözlər: Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ