"Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və eyni ictimai birliyin əməkdaşı Səbuhi Məmmədovun həbs ediib.
E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.








