Bişkekdə rusiyalı biznesmen Aleksandr Qaydukovun maşını partladılıb.
7news.Az "24.kg” portalına istinadla xəbər verir ki, hadisə zamanı iş adamı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, biznesmenin avtomobilinin altında nəsə partlayıb. "Lexus” markalı avtomobil hadisə zamanı iş adamının evinin həyətində olub. Biznesmen xəstəxanaya yerləşdirilib.
7news.Az








