RU
Bitcoin 39 min dollardan aşağı düşüb
16:36
36

Bitcoin 39 min dollardan aşağı düşüb


7NEWS.az xəbər verir ki, Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 4,91 faiz azalaraq 1 trilyon 520 milyard dollara düşüb. Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti son 24 saatda 4,85 faiz ucuzlaşaraq ötən dekabr ayından bəri ilk dəfə 39 min dollardan aşağı düşüb. Bu gün saat 15.35 (GMT+3) etibarilə 38 min 779 dollardan ticarət edilən bitkoin həftəlik dəyərini təxminən yüzdə 10 itirib. Bitcoin, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitcoin spot ETF (birja ticarəti fondları) təsdiq edərək kriptovalyutanı yeni investorlar üçün açacağına dair gözləntiləri gücləndirdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ