Dünyanın məşhur kriptovalyutası "Bitcoin”nin dəyəri yenə tarixi maksimuma yüksəlib.
7news.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriptovalyuta 4101,41 dollardan təklif edilir. Valyutanın kapitalizasiyası 67,7 milyard dollara yaxınlaşıb. 24 daat ərzində "Bitcoin” 12,29 faiz bahalaşıb.
Qeyd edək ki, 2017-ci ilin birinci yarısında İngiltərə, İspaniya, Almaniya riyaziyyatçıları 2025-ci ildə "Bitcoin”nin bazar kapitalizasiyasının 50 faizə düşəcəyini proqnozlaşdırıblar. Digər kriptovalyutaların bazar kapitalizasiyası isə artacaq.
Xatırladaq ki, hazırda bazarda kapitalizasiyanın həcminə görə, birinci sırada klassik "Bitcoin” qərarlaşıb. Klassik "Bitcoin”in bazar kapitalizasiyası 56,9 milyard dollar təşkil edir. Bu da kriptovalyuta bazarının 47%-nə bərabərdir.
İkinci sırada "Ethereum” kriptovalyutası yer alır. Onun bazar kapitalizasiyası 26 milyard dollardır. Üçüncü sırada "Ripple” gəlir. Bu kriptovalyutanın bazar dəyəri 6,8 milyard dollar təşkil edir.
7news.Az








