`Biz bütün məsələlərdə bir-birimizi dəstəkləyirik` - İlham Əliyev
"Azərbaycan Pakistanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir”. 7news.Az xəbər veri ki, bu sözləri prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı deyib.
Dövlət başçısı Baş Nazirə onun dəvətini qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkür edib və bildirib ki, iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi vacibdir: "Müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq üçün geniş imkanlar var. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləyirik” - deyə Prezident bildirib.
Səmimi qəbula görə İlham Əliyevə təşəkkürünü bildirən Məhəmməd Nəvaz Şərif Bakının simasının dəyişdiyini, müasir sivilizasiya mərkəzinə çevrildiyni bildirib. O, əlavə edib ki, Azərbaycanın müstəqllik qazanmasından sonra ölkədə bütün sahələrdə tərəqqi əldə olunub və firavanlıq mövcuddur: "Azərbaycan bütün inkişaf etməkdə olan müsəlman ölkələri üçün nümunədir”.