"Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür".
7news.az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının IV turu çərçivəsində Bakıda "İnter"in qonağı olan "qırmızı-qaralar"ın baş məşqçisi 1:2 hesablı məğlubiyyətdən sonra oyun haqqında fikirlərini bildirib:
"Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".
7news.az








