Rejimdən qaçmaq istəyən xeyli əsgər var. Lakin öldürülməkdən qorxurlar. Bizi zorla döyüşdürürlər.
Bu sözləri Suriyada Sultan Əbdülhəmid Xan Tuqayları adlı qruplaşmaya əsir düşən Bəşər Əsədin ordusunda döyüşən Rəcəb adlı əsgər deyib.
O, sözügedən qruplaşmanın türkman bölgəsindəki Qızıldağa təşkil etdiyi əməliyyat zamanı əsir düşdüyünü söyləyib:
“Bir il yarımdır ki, Əsədin ordusunda döyüşürəm. İki dəfə ordudan qaçmaq istəsəm də, alınmayıb. Qaçan əgərləri öldürürlər. Burada türkmanlara qarşı ədalətsizlik edirlər. Türkmanlar zəif silahlarla öz torpaqlarını qorumaq istəyirlər. Biz isə ağır hərbi teknika ilə onlara qarşı döyüşürük. Türkmanlara əsir düşsəm də, mənə qarşı pis davranmadılar. Mənə təzyiq etmədilər. Ancaq biz onların yerində olsaydıq, belə etməzdik. Əsəd ordusuna əsir düşən əsgərlər dərhal yandırılır”.
Rəcəb onu da əlavə edib ki, ruslar da türkmanlara qarşı döyüşür.
7news.az








