Qadın sevgilisi ilə birgə iş adamını porno görüntüləri ilə şantaj edərək 1 milyon dollar istəyib.
7news.Az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Marmarisdə baş verib.
3 il iş adamı ilə sevgili münasibəti yaşayan 28 yaşlı Roa W. onu intim foto və videosu ilə şantaj edib. Buna səbəb isə biznesmenin ondan müəyyən səbəblərdən ayrılması olub. Ayrılığı qəbul etməyən Roa.W sevgilisi ilə birlikdə onu hədələyərək 50 min dollar alıb.
Bununla kifayətlənməyən cütlük biznesmeni təhdid etməyə davam edib. "Bir milyon dollar verməsən, porno görüntülərini internetdə yayılacaq" təhdidini alan biznesmen polisə müraciət edib.
Cütlük həbs edilib. Faktla bağlı araşdırma başlanılıb.
7news.Az








