İngiltərənin sabiq baş naziri Toni Bler ilə Liviyanın çevriliş nəticəsində öldürülən lideri Müəmmər Qəzzafi arasında gizli telefon danışığı üzə çıxıb.
Telefon danışığında Toni Bler Qəzzafiyə ölkədən qaçmağı təklif edib:
“Buradakı işgəncə və zülm bir gün mütləq dayanmalıdır. Əgər gedə biləcəyin etibarlı yer varsa, mütləq get. Əks halda bunun sonu sülhlə bitməyəcək”.
Qeyd edək ki, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun elektron poçtunda Qəzzafi və Bler arasındakı gizli görüşlər barədə məlumatlar da olub. Sözügedən telefon danışığı da orada yer alıb./axar
7news.az








