7NEWS.az xəbər verir ki, İsrail baş nazirliyindən verilən yazılı açıqlamaya görə, Netanyahu oktyabrın 7-də blokada altında olan Qəzza zolağında başlayan müharibədən sonra Blinkenlə ikinci dəfə görüşüb. Blinken Netanyahu ilə müharibə kabinetinin iclasında iştirak edib. İsrailin müdafiə naziri Yoav Gallant, keçmiş müdafiə naziri Benni Qantz, keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot və İsrailin Vaşinqtondakı keçmiş səfiri Ron Dermer müharibə kabinetinin üzvləri kimi iclasda iştirak ediblər.
7NEWS.az








