RU
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
13:40
124

Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də yazıb.

O bildirib ki, səfərin məqsədi Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd etməkdir:

"ABŞ dövlət katibi Antoni Blinken Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulamaq üçün 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ