ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb.
Tərəflər söhbət zamanı İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması imkanlarını müzakirə ediblər.
7News.Az








