RU
Blinken: “Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”
02:00
103

Blinken: “Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”

ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.

7NEWS.Az-ın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.
"İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudiyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir” – deyə Blinken Konqresdəki dinləmələrdə bildirib.

Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ