RU
Blinkenin köməkçisinin müavini:
15:05
316

Blinkenin köməkçisinin müavini: "Azərbaycanla diplomatik əlaqələr güclənib"

"Mən keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan nailiyyətləri öz gözlərimlə nəzərdən keçirdim. Bizim diplomatik, habelə insanlar arasında olan əlaqələrimiz 30 il ərzində mühüm şəkildə gücləndirilib”.

7NEWS.Az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan yaydığı videomüraciətdə deyib.

O qeyd edib ki, Amerika və Azərbaycan xalqları arasında olan əlaqələr münasibətlərin təməl daşıdır.

"Keçən il 500-dən çox azərbaycanlı tələbə Birləşmiş Ştatlarda təhsilini davam etdirib. Biz insanlar arasında əlaqələrin genişlənməsi üçün yaranan imkanları dəstəkləyirik”, - Erika Olson vurğulayıb.
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ