7NEWS.az xəbər verir ki, UNCHR illik "Qlobal Trendlər” hesabatını dərc edib. 2022-ci ilin sonunda təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ictimai asayişi ciddi şəkildə pozan hadisələr nəticəsində dünyada 108,4 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Hesabatda 2021-ci illə müqayisədə məcburi köçkünlərin sayının 19 milyon nəfər artdığı bildirilir. Bu rəqəmin Ekvador, Hollandiya və Somali əhalisindən daha çox olduğu da vurğulanıb.
7NEWS.az








