RU
BMT Azərbaycan sülhməramlısını medalla təltif etdi - FOTO
11:33
73

BMT Azərbaycan sülhməramlısını medalla təltif etdi - FOTO

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

 

Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi "Twitter”də məlumat yayıb.

Bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.

Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Milli Məclis Azərbaycanın dörd nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında qərar qəbul edib.

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ