Fevralın 28-də BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin müzakirəsi üçün xüsusi sessiyasının keçiriləcəyi gözlənilir.
Bu barədə 7NEWS.Az "TASS”a istinadən xəbər verir.
Təhlükəsizlik Şurası Baş Assambleyanın xüsusi sessiyasının təşkili ilə bağlı prosessual səsvermə keçirəcək. Prosessual səsvermədə qərar qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən doqquzun səsi tələb olunur, bu halda veto etibarlı deyil.
"Xüsusi sessiyanın bazar ertəsi baş tutacağı gözlənilir”, - mənbə bildirib.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən qətnamə layihəsini bloklayıb. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild görüşdən sonra müvafiq sənədin BMT Baş Assambleyasına təqdim ediləcəyini bildirib.
7NEWS.Az







