RU
BMT baş katibi G7 ölkələrinin təhlükəsizlik konfransında iştirak edəcək
01:00
697

BMT baş katibi G7 ölkələrinin təhlükəsizlik konfransında iştirak edəcək

BMT-nin baş katibi Antoniu Quterreş "Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Almaniyanın Münhen şəhərində fevralın 18-20-də keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək.

Bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

Sözcü bildirib ki, baş katib ənənəvi təhlükəsizlik konfransındak açılışında çıxış edəcək və liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, bu həftə Almaniyada "Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşünün keçirilməsi planlaşdırılıb. G7 ölkələrinin XİN rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək. Konfransda 35 dövlət və hökumət başçısı iştirak edəcək. Tədbirdə ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin təmsil edəcəyi, Almaniya nümayəndə heyətinə kansler Olaf Şoltsun rəhbərlik edəcəyi gözlənilir.

Konfransda həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ