BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyəti müzakirə ediblər.
7NEWS.Az xəbər verir, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların tez və müsbət yekunlaşmasında maraqlı olduqlarını bildiriblər. Qarşılıqlı maraq doğuran digər regional məsələlər də müzakirə mövzusu olub.
7NEWS.Az







