Afrikanın cənubunda 4,8 milyon insanı təsir edən El Nino-nun yaratdığı quraqlığa görə 400 milyon dollara ehtiyac olduğu açıqlanıb.
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Afrikanın cənubundakı quraqlıqdan sonra milyonlarla insanın qidalanması üçün 400 milyon dollara ehtiyac olduğunu açıqlayıb. Bəyanatda 4,8 milyon insanı təsir edən El Nino səbəb olduğu quraqlıq səbəbiylə məhsulun azalmasından sonra Zimbabve, Zambiya və Malaviyə yardımı dəstəkləmək üçün altı ay müddətində təcili maliyyəyə ehtiyac olduğu bildirilib.
7NEWS.az








