Məlumat üçün qeyd edək ki, BMT-nin bu proqramı Azərbaycanda illərdir həyata keçirilir. Məsələ ilə bağlı ortaya maraqlı sual çıxır? Dünyanın ən böyük beynəlxalq təşkilatının, ən böyük proqram məsulçuları Qondarma rejimin bayrağını nə üçün müstəqil dövlətlərlə bir ısrada qoyublar? Belə çıxır ki, BMT öz qətnamələrini neçə sayır və terrorçuları dəstəkləyir?
Qeyd edək ki, 6 oktyabr 2016-ci il - Azərbaycan Respublikasının Prezidentinin 1066 nömrəli Fərman ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmanın icrasının təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılması və Katibliyin funksiyasının həyata keçirilməsinin İqtisadiyyat Nazirliyinə həvalə edilməsi tapşırılıb və bu məqsədlə Nazirlikdə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təşkili üçün Katiblik yaradılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini, YAP icra katibi Əli Əhmədovdur.
Mövzunü gündəmdə saxlayacağıq.













