RU
BMT Haiti üçün Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasını təsdiqlədi
12:34
59

BMT Haiti üçün Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasını təsdiqlədi


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) üzvləri Haiti üçün Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasını təsdiqlədilər.

7NEWS.az xəbər verir ki, ABŞ və Ekvadorun yazdığı qətnamə layihəsi üçün 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə 13 ölkə "hə”, Rusiya və Çin isə bitərəf qalıb. Qəbul edilən qərarda Haiti hökumətinin və BMT-nin baş katibi Antonio Quterreşin çağırışı ilə təsdiq edilən Çoxmillətli Təhlükəsizliyə Dəstək Missiyasının Haitinin təhlükəsizliyinə töhfə verəcəyi bildirilib. Qərarda missiyanın Haiti Milli Polis qüvvələrinə dəstək verəcəyi, hələlik 1 illik müddət verilən missiyanın Haiti hökuməti ilə sıx əməkdaşlıq edərək "lazımi addımları" atacağı ifadə edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ