RU
BMT:
15:54
491

BMT: "Haitidə aclıq gözlənilir"

"Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib".

7News.az "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.

"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir", - deyə o vurğulayıb.

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.

BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ