RU
BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilib
11:44
33

BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilib

 

7NEWS.az xəbər verir ki, Nyu-Yorkda keçirilən 193 üzvdən ibarət BMT Baş Assambleyasında üzvlər gizli səsvermə yolu ilə seçilib. Üzvlər regional kateqoriyalar əsasında seçilib. Ən azı 97 səs toplayan ölkələr İnsan Hüquqları Şurasında iştirak etmək hüququ qazanıb. Buna görə Albaniya, Braziliya, Bolqarıstan, Burundi, Çin, Fil Dişi Sahili, Dominikan Respublikası, Kuba, Fransa, Qana, İndoneziya, Yaponiya, Küveyt, Malavi və Hollandiya 3 il müddətində Şurada vəzifə yerinə yetirəcək. Yeni seçilmiş ölkələr 2024-cü il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaqlar.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ