BMT yenidən Mariupoldan humanitar dəhlizlər təşkil etməyə dair çağırış edib.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Biz geniş yayılan bəyanatı (Mariupoldakı vəziyyətlə bağlı – red.) eşitdik. Hər iki ölkənin hakimiyyət orqanları ilə humanitar fasilə yaradılması üzrə əlaqədəyik. Biz yalnız yenidən humanitar dəhlizlərin açılmasına çağıra bilərik”, - o deyib.
S.Düjarrik, həmçinin qeyd edib ki, BMT-nin baş katibliyində təşkilat rəhbərinin Moskva və Kiyevə mümkün səfərləri ilə bağlı yeni məlumat yoxdur.
Xatırladaq ki, daha əvvəl A.Quterriş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək hər iki ölkənin prezidentinin onu paytaxtlarında qəbul etməsini istəmişdi./report
7NEWS.Az








