RU
BMT-nin Baş katibi
14:36
1141

BMT-nin Baş katibi

25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün BMT-nin Baş Katibi Pan Ki Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıya səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri də daxil olmaqla 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, ölkə prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb./gun.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ