BMT-nin baş katibinin Humanitar məsələlər üzrə yeni təyin edilmiş səfiri Əhməd əl-Merayhi Azərbaycana səfər edəcək.
7news.Az Reuters-ə istinadən xəbər verir ki, səfər cari ilin ikinci yarısında baş tutacaq.
İlin ikinci yarısında onun həmçinin Bruney, Çin, Hindistan, Braziliyaya səfərləri də gözlənilir.
Əhməd əl-Merayhi BMT-nin baş katibinin humanitar məsələlər üzrə səfiri postuna dekabrın 8-də təyin edilib.
7news.Az








