RU
BMT-nin hesabatı - 69 milyon müəllimə ehtiyac yaranacaq
16:05
502

BMT-nin hesabatı - 69 milyon müəllimə ehtiyac yaranacaq

BMT Beynəlxalq Müəllimlər günü münasibətiylə hesabat yayıb.

Hesabatda qeyd olunub ki, 2030-cu ilə qədər dünya miqyasında daha 69 milyon müəllimə ehtiyac olacaq. İbtidai və orta məktəblərdə müəllim sayının azldığına diqqət çəkən rəsmilər, bu problemin daha çox Afrika qitəsində müşahidə olunduğunu qeyd ediblər. Qarşıdakı 14 il ərzində bu bölgədə 14 milyon tədris işçisinə tələbat yaranacaq. Bildirilir ki, tədris işçilərinin sayının azlığı Cənubi Asiya ölkələrində də özünü ciddi şəkildə biruzə verəcək.

Sənəddə, İraq və Suriyadakı müharibələrə diqqət çəkilərək qeyd olunub ki, münaqişə üzündən bu ölkələrdə təhsil sistemi demək olar tamamilə çöküb. Müharibə səbəbiylə mühacir həyatı yaşayan həmin ölkə vətəndaşlarının təhsil alması üçün atılmalı olan addımlar sadalanıb.

Qeyd edək ki, 1994-ci ildə BMT-nin qərarı ilə oktyabr ayının 5-i Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ