Son 30 ildə Azərbaycan iqtisadi inkişaf baxımından böyük irəliləyiş əldə edib.
7NEWS.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Konako Mabuçi ADA Universitetində Azərbaycan və BMT arasında əməkdaşlığın 30-cu ildönümü münasibətilə keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə hörmət edən tərəfdaşdır.
"Azərbaycan pandemiya dövründə də qlobal həmrəyliyə sadiq qalıb, pandemiya ilə mübarizədə öz töhfəsini verib", - Mabuçi bildirib.
Nümayəndə qeyd edib ki, BMT Azərbaycanın inkişafına, regionun sabitlik və dayanıqlı inkişafına dəstək verməkdə davam edəcək.
7NEWS.Az







