RU
BMT Putin və Makron arasında danışıqları alqışlayır
22:53
150

BMT Putin və Makron arasında danışıqları alqışlayır

BMT Ukrayna ilə bağlı gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında danışıqları alqışlayır.

7NEWS.Az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq keçirdiyi mətbuat konfransında deyib.

"Ukrayna ilə bağlı əvvəlki təmaslarda olduğu kimi, BMT dialoqu təşviq edən istənilən səyləri alqışlayır”, - o deyib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub. Görüşdə Avropanın təhlükəsizliyi və Ukrayna ətrafında gərginlik müzakirə edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ