RU
BMT:
17:50
106

BMT: "Qəzza zolağında 650 min insan evsiz qalıb"


BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi 2023-cü il oktyabrın 7-dən İsrailin davam edən hücumları səbəbindən Qəzza zolağında 650 min insanın evsiz qaldığını bildirib.

7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) Qəzza zolağındakı vəziyyətlə bağlı dərc etdiyi gündəlik hesabatda bölgədəki dağıntılar barədə məlumat verilib. Qəzzada 100 min köçkün ailənin qış çadırlarına ehtiyacı olduğuna diqqət çəkən hesabatda, İsrailin Qəzzadakı yaşayış məntəqələrini hədəf alan hücumları səbəbiylə bölgədə təmizlənməsi lazım olan 12 milyon ton dağıntının meydana gəldiyi qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ