Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 8 aydır hücumlarını davam etdirdiyi və humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında yoluxucu xəstəliklərin artdığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yoluxucu xəstəliklərin, o cümlədən ishal və Hepatit A halların artdığını bildirib. Açıqlamada UNRWA-nın səhiyyə xidmətləri göstərməyə davam etdiyi bildirilib və məcburi köçkünlərin sığındığı sığınacaqlarda həddindən artıq sıxlığın və məcburi köçkünlük nəticəsində yaranan məhdud gigiyena şəraitinin ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb.
7NEWS.az








