RU
BMT Qəzzadakı humanitar vəziyyətlə bağlı xüsusi bəyanat yayıb
16:20
40

BMT Qəzzadakı humanitar vəziyyətlə bağlı xüsusi bəyanat yayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü il oktyabrın 7-dən bəri başlayan İsrail-Fələstin münaqişəsindən sonra ilk dəfə Qəzzada fəlakətli aclıq vəziyyətinin yaşandığını elan edib.

7News.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar BMT-nin tərkibində fəaliyyət göstərən müxtəlif qurumlar və humanitar təşkilatlar birgə bəyannamə yayıblar.

"Qəzza zolağında yarım milyondan çox insan qida çatışmazlığı və yoxsulluqla səciyyələnən aclıq tələsinə düşüb", - deyə sənəddə qeyd olunub.

BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Tomas Fletçer Cenevrədə keçirdiyi brifinqdə bəyan edib ki, əgər hərbi əməliyyatlar dayandırılarsa və Qəzza zolağındakı keçid məntəqələrinin işləməsinə icazə verilərsə, humanitar təşkilatlar Qəzza sakinlərini ərzaq və humanitar yardımla təmin edə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ