RU
BMT Şimali Koreyaya qarşı sanksiyalar qəbul edib
11:00
369

BMT Şimali Koreyaya qarşı sanksiyalar qəbul edib

BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib.  

7news.Az "RİA "Novosti”yə istinadən xəbər verir ki, 2375 saylı müvafiq qətnamə yekdilliklə qəbul edilib.

Sözügedən sənədə əsasən, KXDR-ə neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq. Bundan əlavə Pxenyana xam neft tədarükünün limiti də müəyyən edilib. Belə ki, bu ötən 12 ayın göstəricilərini üstələməməlidir.

Qeyd edək ki, sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə  BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ