BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, sosial medianın təsiri ilə və beynəlxalq münaqişələr fonunda dünyada hər cür nifrət nitqinin artdığını bildirib.
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İsveçdə Quranın yandırılması gündəmi ilə bu gün Cenevrədə toplanıb. Pakistanın çağırışı ilə keçirilən toplantının açılış nitqi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk çıxış edib.
Türk, "Beynəlxalq və milli səviyyədə artan qarşıdurma və qütbləşmə kontekstində, sosial medianın qeyri-sabit vəziyyətindən qaynaqlanan hər yerdə hər cür nifrət nitqi artmaqdadır. Fərdlər üçün zərərlidir və bütün cəmiyyətlərin sağlam fəaliyyəti üçün zəruri olan ictimai birliyi pozur" deyə bildirib.
7NEWS.az








