RU
BMT TŞ Rusiyanın “Şimal axını” partlayışlarını araşdırmaq qərarını rədd edib
17:03
26

BMT TŞ Rusiyanın “Şimal axını” partlayışlarını araşdırmaq qərarını rədd edib


7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ötən ilin sentyabrında baş vermiş "Şimal axını” qaz kəmərinin təxribatını araşdırmaq üçün Rusiyanın tələb etdiyi müstəqil araşdırma layihəsinə səs verib. Səsverməyə çıxarılan və BMT TŞ-nin 15 üzvündən 9-nun "hə” səsinin qəbul edilməsini tələb edən qanun layihəsi Rusiya, Çin və Braziliya tərəfindən dəstəklənib. Səsvermədə ABŞ, Yaponiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Malta, İsveçrə, Qabon, Ekvador, Albaniya, Qana və Mozambik bitərəf qalıb, müstəqil araşdırma qanun layihəsi tələb olunan 9 səsin toplanamadığı üçün rədd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ