RU
BMT Ukraynaya humanitar yardımların artdığını açıqlayıb
10:20
443

BMT Ukraynaya humanitar yardımların artdığını açıqlayıb

BMT Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Quterreş telefon söhbəti zamanı ölkə əhalisinə humanitar yardımın göstərilməsini intensivləşdirməyə hazır olduğunu açıqlayıb.

Baş katib beynəlxalq humanitar hüquqa hörmətin və mülki şəxslərin müdafiəsinin vacibliyini qeyd edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ