Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var.
7News.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəşisməsində "Opel" və BMW markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində "Opel" markalı avtomobildə xəsarət alanların bir ailənin üç üzvü olduğu qeyd edilir. Onlar Gəncədə yerləşən özəl xəstəxanalardan birinə, BMW-nin sürücüsü 23 yaşlı Səfər Cavadov isə TTYX-ya aparılıb.
İlkin ehtimala görə, qəzaya BMW-nin işıqforun qırmızı işığında keçməsi səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.
7News.Az













