RU
Bob Dilan Nobeli almağa getməyəcək - Boş vaxtı yoxdur
10:23
1097

Bob Dilan Nobeli almağa getməyəcək - Boş vaxtı yoxdur

Nobel Ədəbiyyat mükafatına layiq görülən amerikalı müğənni və söz yazarı Bob Dilan mükafatlandırma mərasiminə getməyəcək.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Dilan dekabrın 10-da Stokholmda baş tutacaq mərasimdə iştirak etməyəcəyini açıqlayıb.

Müğənni mükafatı almaqdan böyük qürur hissi keçirdiyini, lakin dekabrda boş vaxtının olmadığını qeyd edib.

Xatırladaq ki, Bob Dilan Nobel Komitəsi tərəfindən adı açıqlandıqdan sonra günlərlə komitənin telefonlarına cavab verməmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ