7NEWS.az xəbər verir ki, Hyustonda Southwest Airlines aviaşirkətinə məxsus təyyarə havada qəzaya uğrayıb. Bildirilib ki, Meksikanın Kankun Beynəlxalq Hava Limanına gedən "Boeing 737” təyyarəsinin mühərriklərindən birindən alov çıxıb. Sözügedən təyyarə havaya qalxdıqdan təxminən yarım saat sonra Hyustondakı William P. Hobby hava limanına qayıdıb. Təyyarənin təhqiqat altında olduğunu qeyd edən Southwest Airlines rəsmiləri "mexaniki nasazlıq" olduğunu, lakin təyyarənin salamat eniş etdiyini bildiriblər.
7NEWS.az








