RU
Boliviyada avtobus qəzasında azı 7 nəfər ölüb
10:40
30

Boliviyada avtobus qəzasında azı 7 nəfər ölüb

Boliviyanın qərbində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, ondan çox adam yaralanıb.

Bu barədə yerli polis məlumat yayıb.

Belə ki, hadisə El Alto-Kopakabana magistralının Vilake şəhəri yaxınlığında baş verib. İlkin versiyaya görə, yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində biri uşaq olmaqla azı 7 nəfər həlak olub, ondan çox yaralı isə xəstəxanalara aparılıb.

Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir, yük maşını sürücüsünün sərxoş ola biləcəyi istisan edilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ