RU
Boliviyada dövlət çevrilişinə cəhdlə bağlı 24 nəfər saxlanılıb
10:40
22

Boliviyada dövlət çevrilişinə cəhdlə bağlı 24 nəfər saxlanılıb

Boliviyada iyunun 26-da baş vermiş çevriliş cəhdi ilə bağlı işdə 24 nəfərin adı var.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"İlkin istintaqın başlamasından 10 gün sonra Baş Prokurorluq 6 rəsmi ittiham irəli sürüb və bu da öz növbəsində 24 şəxs barəsində müvəqqəti tədbir görülməsinə səbəb olub”, – qurumun açıqlamasında bildirilir.

Bundan əvvəl rəsmilər 21 məhbusun olduğunu bildirmişdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ