RU
Bolqarıstan: Bütün FETÖ-çuların kəlləsini verəcəyik
15:06
1092

Bolqarıstan: Bütün FETÖ-çuların kəlləsini verəcəyik

Bolqarıstanın baş naziri Boyko Borisov "NOVA TV" kanalına bildirib ki, ölkəsinin Türkiyə hökuməti və prezidenti ilə çox yaxşı münasibətləri var və onlar bu münasibətlərin korlanmasını istəmirlər.

Bu səbəbdən də əgər Türkiyə tələb edərsə, onlar bütün FETÖ-çuların kəlləsini belə verməyə hazırdırlar.

Xatırladaq ki, bu günlərdə Bolqarıstana sığınmış FETÖ-çu Abdulla Böyüyün Türkiyəyə təslim edilməsi müxalifətin narazılığına səbəb olub.

Baş nazir həmçinin əlavə edib:

"Türkiyədə sabitlik Bolqarıstan üçün də çox əhəmiyyətlidir. Türkiyə qeyri-sabit ölkə elan edilib, 500 min qaçqını sərbəst buraxarsa, bu miqrantlar ilk etibarlı ölkə olaraq bizə gələcək"./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ