RU
Bolqarıstan Putinin əvəzinə, Ərdoğanı
12:36
1056

Bolqarıstan Putinin əvəzinə, Ərdoğanı

Orada ruslardan çox türk əsgərləri ölüb.

Bolqarıstan hakimiyyəti ölkənin Osmanlı imperiyasından azad edilməsinin şərəfinə təşkil edilmiş tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət edib. 

7News.Az The Bulgarian Timesa istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə isə dəvət göndərilməyib. 

Məlumatda hakimiyyətin bu qərarına səbəb Türkiyə ilə siyasi yaxınlaşmanın olduğu bildirilir.

Qeyd edildiyi kimi, əsas arqumentlərdən birinin Bolqarıstanda ruslardan çox, türk əsgərlərinin öldüyü qeyd edilir.

1396-cı ildən 1878-ci ilə qədər Bolqarıstan Osmanlı imperiyasının tərkibində olub. Rusiyanın 1877-1878-ci illərdə rus-türk müharibəsində qələbəsi nəticəsində iki ölkə arasında bağlanımış “San-Stefan” müqaviləsi əsasında Bolqarıstan müstəqillik qazandı.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ